Ceyhun Bayramov Avstriyaya getdi – SƏBƏB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində C.Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.