Ceyhun Bayramov Belçikaya getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12 dekabr tarixində Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.