Ceyhun Bayramov: “Biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik”

“Qlobal problemlər bir gündə ortaya çıxmır, bunun yaranmasına rəvac verən təməl məsələlər olur”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda “Müharibə və Sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, artıq qarşıda duran hədəflər açıq şəkildə görünür:

“Ancaq müəyyən problemlər var ki, onlar aradan qaldırılmalıdır. Hazırda bunun üçün alətlər var, lakin bu alətlər çox məhdud saydadır. Biz müşahidə edirik ki, vəziyyət faciəvi şəkildə genişlənməkdədir. İkinci Dünya müharibəsinin yaratdığı səbəblərdən qidalanır. Ortada bəzi güclər var ki, onlar güclü aktorlardır və öz maraqları var, onların maraqlarına da diqqət etmək lazımdır”.

Nazir vurğulayıb ki, “realpolitik”dən danışarkən real yanaşma seçməyin vacibliyini vurğulamaq lazımdır:

“Ölkələr stabillik və dayanıqlılıq üçün öz maraqları ilə yanaşı digər qonşu ölkələrin yanaşmasına da diqqət etməlidirlər. Azərbaycanın bu məsələdəki yanaşması belədir ki, biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik. İlk olaraq regiona xitab edilməlidir ki, o daha sonra genişlənib qlobal səviyyəyə yüksəlsin”./report

COP29