Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.