Ceyhun Bayramov BMT-nin baş katibi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlik “X” sosial şəbəkəsində bildirib.

Məlumata görə, onlar Dayanaqlı İnkişaf Məqsədləri, COP29, minalardan təmizləmə, azad edilmiş ərazilərin bərpası, münaqişədən sonrakı normallaşma və sülh gündəmi də daxil olmaqla geniş mövzuları müzakirə ediblər.

COP29