!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov: "Bu, digər region ölkələrinə də əlavə imkanlar qazandıracaq"

!Reklam – Yazi

“Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antaliya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramov, həmçinin Azərbaycan kommunikasiyaların, yeni nəqliyyat marşrutlarının açılması istiqamətində iş apardığını bildirib:

“Rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli komissiyasının işini fəal şəkildə təşviq edir. Bu, təkcə Azərbaycanla Ermənistana yox, digər region ölkələrinə də əlavə imkanlar qazandıracaq”.

Qeyd edək ki, bu ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv