16 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən Yenicag.az-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.