Ceyhun Bayramov: “Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub”

“Bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyət qeyri-sabit olaraq qalır”.

Yenicag.az  xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

“Erməni təcavüzkarının Azərbaycanın dövlət sərhədinin Tovuz hissəsində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırıldı. Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini yaradır və münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”.

“Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir. Regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarılması vacibdir”, – deyə, C.Bayramov vurğulayıb.

 

COP29