Ceyhun Bayramov Fransaya işgüzar səfər etdi

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.