Ceyhun Bayramov görüşün 10 saat çəkməsinin səbəbini açıqladı

Ermənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırırdı ki, onlara görə çox vaxt gedirdi.

Yenicag.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik.

Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılırdı.