Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü – FOTO

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanda səfərdə olan gürcü həmkarı David Zalkaliani ilə təkbətək görüşü başlayıb.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında məlumat verilib.

***

Hazırda xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan – Gürcüstan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.