Ceyhun Bayramov gürcüstanlı həmkarına təşəkkür etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə “Twitter” hesabında yazıb.

“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, – Ceyhun Bayramov qeyd edib.