Ceyhun Bayramov Hakan Fidanla danışdı

17 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

COP29