Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində bildirilib.
Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 2023-cü ildə sədrliyi ilə bağlı milli bəyanatla İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxış edir.