Ceyhun Bayramov isveçli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenergard ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb.

Nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

C.Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.