Ceyhun Bayramov kral Çarlzla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

“Report” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, C.Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Birləşmiş Krallıqda səfərdədir.

COP29