Ceyhun Bayramov Latviyanın XİN başçısı ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan və Latviya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

XİN başçıları həmçinin COP29-a hazırlıq, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın sülh səylərini müzakirə ediblər.

COP29