!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

1 aprel 2021-ci il tarixində, MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla ayrı-ayrılıqda görüşlər keçirərək, üç ölkənin liderlərinin Qarabağla bağlı razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Aprelin 1-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri keçiriləcək. Söhbət əsnasında ikitərəfli əməkdaşlıq məsələlərinin, əlbəttə ki, Qarabağdakı vəziyyətin, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 9 noyabrı və cari ilin 11 yanvarındakı razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır”, – deyə M.Zaxarova qeyd edib.

Tərəflər həmçinin görüşlər zamanı bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv