Ceyhun Bayramov Mevlud Çavuşoğlu ilə görüşdü

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfər edən Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verdi.

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğuladılar.