Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü – Nyu-Yorkda

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə C.Bayramov “Twitter” hesabında yazıb.

Nazir bildirib: “Qardaşım Mövlud Çavuşoğlu ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşdük”.