Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-nin Tvitter səhifəsində paylaşım edilib.

Nazirlər regionda ikitərəfli əməkdaşlıq sahələrini və sülh səylərini müzakirə ediblər.