Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramov Pakistanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Reklam: Sinerji Pro

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Haye etimadnaməsinin surətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirib. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq, habelə çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

Sonra Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı barəsində danışaraq, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini  və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu diqqətə çatdırıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən Nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirdi. Bu xüsusda, Nazir Ceyhun Bayramov qardaş ölkə olan  Pakistanın hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Öz növbəsində  səfir Bilal Haye ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin  yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Səfir, həmçinin Azərbaycanın haqlı mübarizəsində Pakistanın hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

www.yenicag.az

173