“Azərbaycan dövləti azad edilən ərazilərin bərpa edilməsi, yenidən qurulması istiqamətində işlər aparır”.
Yenicag.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Hesab edirəm ki, Polşadan olan şirkətlərin də həmin layihələrdə iştirakı arzuolunandır “, – o vurğulayıb.