10 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərinə yola düşüb.
XİN-dən Yenicag.az-a verilən xəbərə görə, Antalya Diplomatiya Forumunda iştirak edəcək nazir Ceyhun Bayramovun, həmçinin çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.