Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dimitri Kuleba ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş Birləşmiş Krallıqda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində baş tutub.

Qeyd olunub ki, nazirlər birgə əməkdaşlıq gündəliyini, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.