Ceyhun Bayramov XİN kollektivinə təqdim olundu

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

Yenicag.az-ın məlumatına görə, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.