Ceyhun Bayramov “Xorvat qurbanlarının səsi – Ağrı divarı” abidəsini ziyarət etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın paytaxtı Zaqrebdə “Xorvat qurbanlarının səsi – Ağrı divarı” abidəsini ziyarət edərək önünə əklil qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN eksdə məlumat yayıb.

“Nazir Xorvatiya uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.