Ceyhun Bayramov Xorvatiyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə yola düşüb.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində, Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin C.Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.