Ceyhun Bayramovdan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqilliyin bərpasının 30 illiyi ilə bağlı paylaşım edib. 

Yenicag.azxəbər verir ki, XİN başçısı paylaşımında bildirib:

“30 il bundan öncə, 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm. Yaşasın müstəqil Azərbaycan!” – tviter paylaşımında bildirilib.