12:19
Xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş başlayıb.
Yenicag.az bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadən məlumat verir.
Məlumata əsasən, görüş zamanı ikitərəfli münasibətlər, regionda hazırkı vəziyyət, üçtərəfli bəyanatın icra olunması, ATƏT-lə əməkdaşlıq və digər maraq kəsb edən məsələlər müzakirə olunur.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycan Respublikasına işgüzar səfəri ilə bağlı birgə mətbuat konfransı keçirilir.
Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında səfərin məqsədi, müzakirə olunan məsələlər, gələcək planlar və digər məsələlər barəsində jurnalistlərin sualları cavablandırılır.