Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı - Erməni təxribatını müzakirə etdilər

Reklam: High Technic

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) Yenicag.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun təbriklərini qəbul edib.

Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.

www.yenicag.az

355