Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında strateji xarakter kəsb edən ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.
C.Bayramov Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.