Ceyhun Bayramovun müavini işdən çıxarıldı – YENİ TƏYİNAT

Xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Yenicag.az bu barədə yerli KİV-ə istinadən xəbər verir ki, C.Bayramovun müavini Nadir Hüseynov vəzifəsindən azad edilib.

Məlumata görə, Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nadir Hüseynov 2010-cu ildən Xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı.