Ceyhun Bayramovun türkiyəli həmkarı ilə danışdı – Nəyi müzakirə etdilər?

Bu ilin 16 noyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Yenicag.az-a verilən məlumatda bildirilib ki, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.