“Müharibə dövründə Ermənistanın dəstəkləyən Yunanıstanda zəlzələ olubsa, biz niyə onların yanında olmalıyıq?”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Xarici İşlər Nazirliyinin (XİN) ərazisində baş verən zəlzələyə görə Yunanıstana nümayiş etdirdiyi dəstəyi şərh edərkən bildirib.
MMP sədri XİN-in 44 günlük müharibədə Azərbaycanın deyil, Ermənistanın yanında olan Yunanıstanı dəstəkləməsini kəskin tənqid edib:
“Yunanıstan müharibədə ermənilərə dəstək verir, bunlar da zəlzələ olan kimi qaçırlar onların yanına. Azərbaycanda “yaltaq məmur” ifadəsi var, bunlar üçün fərqi yoxdur, erməni onu öldürər, başını kəsər, ya da xeyir verər. Elələri öz həyatları boyu bu millətə yox, həmişə ermənilərə xidmət ediblər.
Ona görə ki, Azərbaycanda yüksək vəzifələrdə işləyən çox sayda erməni var. Düşünürlər ki, bu yaltaqlıqla nəyəsə nail olacaqlar. Amma bu yaltaqlıqla heç nəyə nail olmaq mümkün deyil.
Hər halda, Yunanıstan Azərbaycanın xeyrinə heç vaxt mövqe bildirməyib, onun nə xeyrində, nə şərində iştirak etməyib. O cümlədən də, Yunanıstan qardaş Türkiyə dövlətinə də problemlər yaradıb.
Bu baxımdan, gərək insanda bir təəssübkeşlik olsun, o da hələ ki bizim bu məmurlarda yoxdur. XİN-in bu jestinə görə çox təəssüflənirəm. Adamda bir prinsipiallıq, milli qürur, milli qeyrət olmalıdır.
Əgər müharibə dövründə Ermənistanı dəstəkləyən Yunanıstanda zəlzələ olubsa, biz niyə onların yanında olmalıyıq? Elə qoy, hamısı qırılsın… Erməniyə kimlər ki, kömək edib, hamısı qırılmalıdır. Onların biri də qalmamalıdır”.
Cəvahir