!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

!Reklam – Yazi

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri – oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Qeyd edək ki, əslən fransalı olan C.Hacıbəylinin gəlini Paskal Buşe Sarbonna Universitetinin məzunudur, Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyir, ixtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

1993-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsi və Azərbaycanla əlaqələrini davam etdirib. O və oğlu Benjamin axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, Vətəni və milləti üçün böyük işlər görmüş Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. 1962-ci ildə vəfat edən C.Hacıbəyli Parisin Sen-Klu məzarlığında dəfn edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi”ni təşkil edib.

www.yenicag.az

3083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv