Ceyhun Səfərov “Azəriqaz”da tutduğu vəzifədən azad olundu – SƏBƏB

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

Bu barədə Yenicag.az-a İB-dən məlumat verilib.

Bildirilib ki, C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə tətbiq olunacaq.