Ceyms Uorlik Dağlıq Qarabağdan danışdı

49481“Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda işləyir”.

Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik  söyləyib.

O bildirib ki, həmsədrlər məsələnin sülh yolu ilə həlli üçün çalışır: “Mən ABŞ adından ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin yekun həlli üçün öz sözlərinə əməl edəcəklər və son dialoqu intensivləşdirəcəklər. ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq Xarici işlər nazirləri ilə görüşür”.

Ceyms Uorlik bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda regiona gəlməyi planlaşdırır: “Biz regiona səfərimiz zamanı prezidentlərlə görüş imkanı əldə edəcəyik. Qərarın qəbulu üçün proqressdən danışcağıq”, – deyə C.Uorlik vurğulayıb.

anspress