Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.
APA-nın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabında yazıb.
O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.
“Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir”, – deyə C. Urolik qeyd edib.
O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan “Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” şirkətinin tərəfdaşı olacaq.