Xırdalan şəhəri, Quşçuluq massivi, Həsən Əliyev küçəsi 38 ünvanında yağış suları kanalizasiya sularının daşmasına səbəb olub. Daşan kanalizasiya suları isə Ceyranbatan su anbarına tökülür.
Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən şəxs video təqdim edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə sorğumuza cavabında ərazi sakininin iddiasını təkzib edib:
“Kadrlardan da görünür ki, yığılan yağış sularıdır. Göllə suyun töküldüyü yer arasında böyük bir torpaq bənd var. Yəni axan suların gölə qarışma ehtimalı yoxdur. Yağış zamanı axan sular Ceyranbatan gölünün qırağında nasosxanaya toplanır, oradakı stansiya vasitəsilə Xırdalanın çirkab su xətlərinə ötürülür”.