!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ceyş əl-Fəth” Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib

!Reklam – Yazi

644614_original“Ceyş əl-Fəth” (“Fəth ordusu”) hərbi qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.

Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb. Bu gün “As-Sumariya” telekanalı xəbər verib ki, “Ceyş əl-Fəth” hərbi qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

“Ceyş əl-Fəth” (“Fəth ordusu”) Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

Xatırladaq ki, dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri A.Karlov qətlə yetirilib.

Yenicag.az

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv