“Ceyş əl-Fəth” səfirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

mertaltindd“Ceyş əl-Fəth” silahlı koalisiyası (əvvəllər Cebhat ən-Nüsrə) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.

Yenicag.az-ın məlumatına görə, daha əvvəl Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən Mert Altıntaşın hoteldəki nömrəsində “Əl-Qaidə” terror qruplaşması və Fətullahçı terror təşkilatı haqqında kitablar aşkar edilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

Yenicag.az