Cəzaçəkmə müəssisəsinə çörəyin içində narkotik keçirməyə cəhd edildi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Kazımov Rəşad Ramiz oğluna qardaşı Qobustan rayon sakini Məmmədov Tehran Xoşbəxt oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan köynəyə xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 1,978 qram narkotik maddə “heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Niyazov Ağamədi Fəxrəddin oğluna qardaşı Abşeron rayon sakini Niyazov Fəxri Fəxrəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,295 qram narkotik maddə “heroin” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

COP29