“CHP-li deputatların Azərbaycan əleyhinə çıxmağa haqları yoxdur” – Türkiyəli millət vəkili – Eksklüziv

“Türkiyənin hər bir millət vəkili bütün məqamlarda Azərbaycanın yanında olmalıdır”.

Bu fikirləri  Yenicag.az-a açıqlamasında Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatların Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qətnaməyə səs vermələrini şərh edən Böyük Millət Məclisinin (TBMM) üzvü Yusuf Halaçoğlu deyib:

“CHP millət vəkillərinin Azərbaycan əleyhinə hər hansı sənədi imzalamağa haqları yoxdur. Mən onların nədən belə addım atdıqlarının səbəbini bilmirəm – həmin şəxslərlə görüşüm olmayıb.

Ancaq nə olursa-olsun, Türkiyənin hər bir millət vəkilinin bütün məqamlarda Azərbaycanın yanında olması lazımdır”.

Halaçoğlu Türkiyənin 4 vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etməsini də pisləyib:

“Qarabağ Azərbaycan torpağıdır və bu məsələ ilə bağlı istədiyi qərarı qəbul etmək haqqına malikdir – bu məsələ müzakirə mövzusu belə ola bilməz.

O şəxslərin həbs edilmələrinə gəldikdə isə bunu deyə bilərəm ki, bizim hələ ki bir partiyamız yoxdur. Bu işi həll etdikdən sonra Türkiyənin müvafiq qanununda o məsələlərin öz əksini tapmasına çalışaraq, əlimizdən gələni edəcəyik”.

A.Zeynalov

COP29