!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CHP-nin “möhürsüz bülleten” yalanı: Müşahidəçilərə hansı mesaj göndərilib?

!Reklam – Yazi

Türkiyədə Konstitusiya referendumunda səsvermə zamanı möhürsüz bülletenlərdən istifadə olunduğunu idddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) yalanı üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “möhürsüz bülleten” etirazı ilə Yüksək Seçim Qurumunu (YSQ) hədəfə götürən CHP-nin öz müşahidəçilərinə göndərdiyi təlimat mesajları bu partiyanın yalanını ifşa edib.

Həmin mesajların sosial şəbəkələrdə yayılmasından sonra istifadəçilər CHP və sözügedən partiyanın lideri Kamal Kılıçdaroğlunun ünvanına tənqid yağdırıblar. #Kılıçdaroğluİstifa haştaqı yaradan sosial şəbəkə istifadəçiləri CHP sədrinin istefasını tələb ediblər.

CHP-nin seçki məntəqələrindəki təmsilçilərinə partiyanın mərkəzi qərargahından göndərilən mesajlarda “Seçki bülletenlərinin arxası möhürlənməyibsə, onlar qeydiyyata alınsın və qalan bülletenlər möhürlənərək, səsverməyə davam edilməlidir” təlimatı verilsə də, CHP daha sonra öz təlimatının əksinə olaraq, həmin bülletenlərin etibarsız sayılmasını YSQ-dan tələb edib.

Yeniçağ.Az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv