CHP-nin prezidentliyə namizədi təsdiqləndi

24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində CHP-ni Məhərrəm İncə təmsil edəcək.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, qərar CHP-nin qapalı iclasında verilib. Toplantıya qatılan 110 millət vəkili yekdilliklə Məhərrəm İncənin namizədliyini təsdiqləyib.

Qeyd edək ki, Məhərrəm İncə hazırda Yalova millət vəkilidir.