Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

CIA “boşboğaz” Trampa güvənmir: Kremldəki casusun geri çağırılmasının İLGİNC SƏBƏBİ

Rusiya hökumətində yüksək vəzifə tutan CIA casusunun geri çağırılması ABŞ prezidenti Donald Trampın dövlət sirlərini ifşa etmək narahatlığından qaynaqlanır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “New York Times” qəzeti Trampın 2017-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ağ Evdə keçirdiyi görüş zamanı İŞİD-ə qarşı əməliyyatlara dair məxfi məlumatları açıqlamasından sonra, ABŞ-ın Kremldəki casusunun geri çağırılması haqda qərar qəbul edildiyini yazıb. Rusiya prezidenti Vladimir Putinlə də münasibətlərinin olduğu bildirilən həmin casusun uzun müddətdir ki, ABŞ kəşfiyyatına işlədiyi açıqlanıb.

Amerikanın nüfuzlu nəşrləri o casusun artıq ölkəyə gətirildiyi və yerinin gizlin saxlanıldığını iddia ediblər. CNN-in xəbərinə görə, CIA rəhbərliyi Trampın 2017-ci ildə Putinlə danışıqlarında da məxfi məlumatları açıqlaya bilməsindən narahat olaraq, informasiya sızmasının qarşısını almaq üçün təcili tədbirlər görüb: “CIA Trampın məxfi informasiyaları Rusiya ilə paylaşmasından narahat idi. Ona görə də, Tramp və başqa bir neçə dövlət rəsmisi Kremldəki casusun geri gətirilməsi haqda məlumatlandırıldı”.

Bununla belə, məsələyə münasibət bildirən Ağ Evin sözçüsü Stefani Qrişam məlum iddiaları təkzib edib: “Bu, sadəcə, yalan xəbər deyil, eyni zamanda, insanların həyatı üçün təhlükə yaratmaq cəhdidir”.

www.yenicag.az

420
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM