!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CIA mediası Trampı "top atəş"inə tutdu - "Ərdoğanı niyə təbrik etdin?"

!Reklam – Yazi

ABŞ-ın nüfuzlu “New York Times” qəzeti NATO-nun Türkiyəyə müdaxilə etməsinin vacibliyini yazıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Demokratlar partiyasına yaxınlığı ilə seçilən nüfuzlu “New York Times” qəzetində Türkiyədə ötən bazar günü keçirilmiş Konstitusiya referendumunun nəticələrini tənqid edən məqalə dərc olunub.

“Türkiyədə demokratiya məğlub oldu” başlıqlı yazıda ABŞ prezidenti Donald Trampın referendumdan sonra Prezident Ərdoğana zəng vurması “Şokedici dərəcədə yanlış addım” kimi qiymətləndirilib və NATO-nun Türkiyəyə müdaxilə etməsinin vacibliyi bildirilib:

“Bu referendum Ərdoğanın uzun müddətdən bəri Türkiyədəki parlamentar sistemi güclü prezident hakimiyyəti ilə əvəzləmək niyyətinin uğurla həyata keçməsidir. Türkiyə NATO-nun vacib tərkib hissəsi olsa da, demokratik dəyərlər üzərində qurulan bu ittifaq daxilində getdikcə dəyişən bir üzvə çevrilir.
Ərdoğan Avropa və Amerika ilə qarşıdurmaya girdi, Qərb əleyhinə düşmənçiliyi qızışdırdı və Rusiya ilə “flirt”ə başladı.

Əgər Türkiyədə demokratiya yenidən canlanacaqsa, bu, Ərdoğanın qurduğu sistemi qəbul etməyən milyonlarla Türkiyə vətəndaşının sayəsində baş verəcək”.

Trampın bir müddət əvvəl qeyri-obyektivlikdə günahlandırdığı CNN də ABŞ və Türkiyə prezidentlərinin telefon danışığıını “həzm edə” bilməyərək, xəbəri fərqli aspektdən təqdim edib:

“Söhbətdə referendumdan çox, regional məsələlərdən və NATO-dan danışılıb”.

Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Trump ilə Türkiyə prezidenti Ərdoğanın görüş vaxtı bəlli olub. Yeniçağ.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, tərəflər may ayında NATO Zirvə Toplantısından öncə görüşəcəklər.

Yeniçağ.Az

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv