!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CIA-nın Kim Çen In planı: Şimali Koreya lideri öldürüləcək

!Reklam – Yazi

Şimali Koreya ABŞ-ı bu ölkənin lideri Kim Çen Ina sui-qəsd hazırlamaqda ittiham edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali Koreya rejimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəsmi mərasimlərin birində biokimyəvi maddə ilə Kim Çen Inı aradan götürməyi planlaşdırdığını iddia edib.

ABŞ və Şimali Koreya arasında gərginliyin xeyli yüksəldiyi bir vaxtda irəli sürülən bu iddiaya əsasən, CIA Kim Çen Ina qarşı sui-qəsd planını Cənubi Koreya kəşfiyyatı ilə birlikdə hazırlayıb.

Şimali Koreya hökumətinin rəsmi qəzetlərdə yayılan açıqlamasına görə, CIA və Cənubi Koreya kəşfiyyatı Kim Çen Inı rəsmi mərasimlərdən birində öldürməyi nəzərdə tutur.
Bildirilib ki, CIA və Cənubi Koreya kəşfiyyatı sui-qəsdi tərkibi qeyri-müəyyən olan biokimyəvi maddə ilə həyata keçirtməyi planlaşdırır.

Yeniçağ.Az

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv