CIA qərargahı önündə həyəcanlı anlar: Terror aktının qarşısı alındı

Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Virciniya ştatında yerləşən qərargahına bomba yüklü avtomobillə hücumun qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Federal Tədqiqatlar Bürosu (FTB) məlumat yayıb.

Qeyd edilib ki, 3 may, yerli saatla axşam 18:00-da Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniyadakı qərargahının önündə naməlum şəxs avtomobilindən enərək təhlükəsizlik əməkdaşlarına atəş açıb.

Şübhəlinin qərargah qapısına gələrək avtomobilində bomba olduğunu söylədikdən və silahla maşından endikdən sonra hadisələrin gərgin inkişaf etdiyi bildirilən açıqlamada şəxsin FTB agenti tərəfindən silahla vurularaq zərərsizləşdirildiyi və xəstəxanaya aparıldığı qeyd edilib.

CIA-dən isə hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanıb.